İşdən çıxarılan icra başçısının əmlakları ÜZƏ ÇIXDI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmməmədova vəzifəsindən azad edilib.İşdən çıxarılan İ.Gülmməmədovanın əmlaklarının siyahısı əldə edilib: Varovski qəsəbəsində “Vimay – Med” klinikası, “Af – Gen” klinikası; Binəqədi rayonu, “Varovski”də 4 mərtəbəli villa və “Zümrüd” uşaq bağçası; Binəqədi rayonu, 9-cu mikrorayonda “Zeytunluq”da 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, “Zeytunluq” adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyon manata başa gəlib. Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası; Görədil və Masazır qəsəbələrində villası; Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil; Bakı şəhərində apteklər şəbəkəsi; Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi;  İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının köməyi ilə Gürcüstana keçirib. (unikal.org)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]