“Ermənistan bundan nəticə çıxarmalıdır” – Hikmət Hacıyev

“Azərbaycan Prezidenti yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı sualları cavablandırıb”.

Aktualtv.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Prezident tərəfindən münasibətlərin normallaşmasını təşkil edəcək məsələlər sırasında potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların başlanması və digər məsələlərə toxunulub.

H. Hacıyev qeyd edib ki, Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları qiymətləndirməli və bundan nəticə çıxarmalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]