Əfqan Nağıyevin qardaşına HÖKM OXUNDU

Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin həbsdə olan qardaşı Elxan Nağıyevin cəza müddəti uzadılıb.

Aktualtv.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi onun barəsində yeni hökm çıxarıb. Hökmə əsasən, E.Nağıyev 9 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elxan Nağıyev özü də DSX-də vəzifəli şəxs olub. İttihama görə, polkovnik-leytenant E.Nağıyev “Sərhədçi” İdman Kompleksinin rəis müavini vəzifəsində çalışarkən adamları işə düzəltmək, birgə biznes qurmaq adıyla aldadıb. Dələduzluq ittihamı ilə 2020-ci ilin noyabrında 6 il həbs cəzası alıb. 2021-ci ilin fevralında yeni şikayətlər əsasında ona qarşı yenidən cinayət işi başlanıb.

Qeyd edək ki, Əfqan Nağıyev özü də 2020-ci ilin mayında həbs edilib. O, Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunub. Lakin general Nağıyev həbsindən 3 ay sonra azadlığa buraxılıb və cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]