“Rus əsgərləri Ukraynanın sərhədini keçərsə…” – Bayden

ABŞ prezidenti Co Bayden komandası ilə Ağ Evdə infrastruktur gündəminə dair görüşdən əvvəl keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı dediklərinə aydınlıq gətirib.

Baydenin sözlərinə görə, Ukrayna sərhəddində cəmlənmiş Rusiya hərbi birləşmələrinin Ukrayna sərhədinə keçməsi “işğal” demək olacaq və bu halda Rusiya “ağır bədəl” ödəyəcək.

Bayden Rusiya prezidenti Vladimir Putinlə görüşlərində ABŞ-ın mövqeyini açıq şəkildə nümayiş etdirdiklərini bildirib:

“Bölgədə yığılan rus hərbi birləşmələri Ukrayna sərhədini keçərsə, bu, işğaldır. Həmin zaman Rusiya “ciddi və koordinasiya iqtisadi nəticələri” ilə qarşılaşacaq”.

Rusiyanın Ukraynaya müdaxilə etmək üçün hərbiləşdirilmiş qüvvələrdən istifadə etməsinin mümkün olduğunu qeyd edən Bayden, “Rusiya əsgərləri boz bölgələrdəki hücumlarda uniforma geyinmir. Biz də bunlara hazır olmalıyıq”, – deyə xəbərdarlıq edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]