Əməkdar məşqçi koronavirusdan dünyasını dəyişdi

Boks üzrə Azərbaycanın Əməkdar məşqçisi, SSRİ idman ustası Mahir Hüseynov koronavirus infeksiyasından dünyasını dəyişib.  

Aktualtv.az-ın məlumatına görə, M.Hüseynov bir müddət öncə yerləşdirildiyi tibb müəssisəsində bu gün həyatını itirib.

Qeyd edək ki,  Mahir Hüseynov Gəncə boks məktəbini yaradan şəxslərdən biri kimi tanınıb. O, onlarla Dünya və Avropa, eləcə də Azərbaycan çempionu  yetişdirib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]