Azərbaycanda sosial şəbəkələrlə bağlı YENİ QANUN GƏLİR: BUNDAN SONRA….

Sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yazanlar artıq cəzalandırıla bilər. Milli Məclisdə rəqəmsal aləmdə insanların hüquqlarının qorunması üçün xüsusi qanun layihəsi hazırlanır.

Aktualtv.az  xəbər verir ki, Milli Məclisin deputatı Elşad Mirbəşir Trend-in suallarına cavabında bildirib ki, BMT-nin İnsan Hüquqları Komitəsinin yanaşmasına görə internet və kiber məkanda söz və fikir azadlığı olmalıdır. Bu halda insan hüquq və azadlıqları haqqında beynəlxalq paktın 19-cu maddəsinin ikinci bəndinə istinad olunur. Həmin bənddə göstərilir ki, insanlar adi həyatda öz fikirlərini, düşüncələrini sərbəst bölüşmək hüququna malikdirlərsə, virtual həyatda da həmin hüquqlara malik olmalıdırlar.

“Bu zaman həmin beynəlxalq paktın 9-cu maddəsinin üçüncü bəndinə də istinad etmək lazımdır. Biz öz davranışlarımıza, fikrilərimizə görə adi həyatda məsuliyyət daşıyırıqsa, virtualda yazdıqlarımıza görə də məsuliyyət daşımalıyıq. Şəxs internetdə öz ideyalarını, fikirlərini, baxışını paylaşırsa, bu heç bir halda başqa bir insanın hüquqlarının pozulması hesabına olmamalıdır.

Əgər mən başqa bir insanın hüquqlarını pozuramsa, buna görə məsuliyyət daşıyıram. Məsələn, kiberməkanda hüquqların qorunması vacib məsələdir. Bir müəllif öz hansısa əsərini internetdə paylaşırsa, digərləri onun müəlliflik hüquqlarını qorumadan, istinad etmədən istifadə edirsə, onun hüquqlarının qorunmasının hüquqi normativ əsasları olmalıdır. Dünyanın bir çox təşkilatlarında belə bir yanaşma var ki, bütün dünya dövlətləri üçün işlək olacaq normativ hüquqi baza olmalıdır. Bu da kiberməkanda insan hüquqlarının qorunmasına imkan versin. Bu zaman əsas iki istiqamət nəzərdə tutulur. Birincisi intenet məkanında insanın şərəf və ləyaqətinin alçaldan, peşəkar nüfuzuna xələl gətirən hallara görə məsuliyyət nəzərdə tutulsun. İkincisi isə kiberməkanda da dövlət, milli təhlükəsizliyə xələl gətirəcək məqamların qarşısı alınsın”, – o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]