Azərbaycanda atalıq məzuniyyəti: tezliklə öz həllini tapacaq

“Ölkəmizdə demoqrafik artım davam edir və təbii olaraq uşaqların tərbiyəsində valideynlərin üzərinə böyük məsuliyyət düşür”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra məqsədyönlü işlər aparılır.

“Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür. Sözügedən qanun layihəsinin bir elementi də atalıq məzuniyyəti ilə bağlıdır”, – deyə A.Kərimov diqqətə çatdırıb.

Nazir müavini mövcud məsələyə reallıqlar və perspektivlər nöqteyi-nəzərindən baxmağın vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Əmək Məcəlləsi imkan verir ki, bacı-qardaş, baba-nəvə övladların tərbiyəsində iştirak etsinlər:

“Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq”.

A.Kərimov qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]