Azərbaycanda tanınmış bəstəkarın həyat yoldaşı vəfat etdi – FOTO

Azərbaycanın tanınmış bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), “Şöhrət” və “İstiqlal” ordenləri laureatı Vasif Adıgözəlovun həyat yoldaşı Xalidə xanım dünyasını dəyişib.

Aktualtv.az xəbər verir ki, bu barədə tanınmış həkim Adil Qeybulla feysbukda paylaşım edib.

O bildirib ki, mərhumun cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan – Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]