ETSN yanında Məktəblilərin İctimai Şurası yaradılır

Ekoloji mədəniyyətin və sağlam ekoloji mühitin formalaşmasında, ətraf mühitin mühafizəsi prosesində məktəblilərin aktiv iştirakını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Məktəblilərin İctimai Şurası” yaradılır. 

Aktualtv.az xəbər verir ki, nazirlik təbiəti sevən, ətraf mühitin qayğısına qalan, təşəbbüskar, parlaq ideyalı və liderlik bacarıqlarına malik məktəbliləri Şuraya üzv olmağa dəvət edir.  

Şuraya üzv olmaq istəyənlər sənədlərini (namizədlik barədə müraciət; şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-hal) 28 fevral 2022-ci il tarixinədək [email protected] poçt ünvanına təqdim edilə bilərlər.

“Məktəblilərin İctimai Şurası”na üzvlük barədə elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.

http://eco.gov.az/az/nazirlik/elan?newsID=13807

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]