Xəzərdə qanunsuz balıq ovlayan 7 nəfər SAXLANILDI

Xəzər dənizində qanunsuz balıq ovunun edilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokuroruğun Mətbuat xidmətindən “Unikal”a verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu etmiş şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar oldunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu etmiş şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1.760 və 6.820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]