“Ermənistan ordusunun müdafiəyə ehtiyacı var” – Köçəryan

Ermənistanın eks-prezidenti Robert Köçəryan cümə günü Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 30-cu ildönümü münasibətilə çıxış edib. 

Aktualtv.az  xəbər verir ki, Köçəryan Ermənistan ordusunun müdafiəyə ehtiyacı olduğunu bildirib. 

“Əziz həmvətənlər, sizi Ermənistan Ordusu Günü münasibəti ilə təbrik edirik. Biz bu günü ordu üçün ən ağır şəraitdə qeyd edirik. Birinci Artsax (Dağlıq Qarabağ) müharibəsi zamanı [1990-cı illərin əvvəllərində] yaradılan və addım-addım inkişaf edən ordumuzun taleyinə töhfəsi olan insanların hisslərini anlamaq çətin deyil.

Vaxtilə regionda sülhün təminatçısı, Artsaxın təhlükəsizliyinin təminatçısı olan Ermənistan ordusunun bu gün müdafiəyə ehtiyacı var. Mən ümidliyəm ki, ordu son nəticədə özünü yenidən düzəldəcək və xalqımızın təhlükəsizliyinin tam təminatçısı olacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]