Azərbaycanda tanınmış güləşçi narkotik satırmış

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 nəfərdən birinin güləşçi olduğu müəyyənləşib.

Bu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovdur.

25 yaşlı sərbəst güləşçi rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

Əmiraslanovun barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib. (Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]