Azərbaycanın futzal millisi cərimələndi – Digər yığmaya xəbərdarlıq edildi

UEFA futzal üzrə Azərbaycan millisini cəzalandırıb.

Aktualtv.az-ın məlumatına görə, buna yığmanın 4 üzvünün Niderlandda keçirilən Avropa çempionatında Gürcüstan 2:3 hesabı ilə uduzduqları oyunda sarı vərəqə görməsi səbəb olub. Komandanın heyətində Fineo De Araujo, Rizvan Fərzəliyev, Felipinyo və Tyaqo Bolinya xəbərdarlıq alıblar.

Nəticədə Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 2 400 avro cərimələnib.

Bundan başqa, qadınlardan ibarət Azərbaycan yığmasına, Bakıda Monteneqroya 1:0 hesabı ilə qalib gəldiyi DÇ-2023-ün seçmə mərhələ oyununda 6 futbolçusunun sarı vərəqə alması səbəbindən xəbərdarlıq edilib.”Report”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]