Efirdə qayınanasını öldürdüyünü etiraf etdi, telekanala polislər gəldi – VİDEO

Azərbaycanda 1 il 9 ay əvvəl törədilən cinayətin üstü efirdə açılıb.

ARB-də yayımlanan “Səni axtarıram” verilişində gəlin qayınanasını qətlə yetirdiyini deyib.

O bildirib ki, qayınanası ilə arasında münaqişə yaranıb:

“Aramızda mübahisə oldu, mən bilməyərək onu itələdim, başı pilləkəndə daşa dəydi. Yıxılmağı ilə özündən getdi, mən qorxdum. Bəlkə, heç kəs mənə inanmayacaq ki, bu qız, həqiqətən də, belə bir şey yaşayıb. Getdim otağıma. Özümdə deyildim, bir anlıq ayıldım ki səhər açılıb. Şokda idim, özümə gələ bilmirdim. Hava açıldı, tez evdən çıxıb Nazim dayının yanına getdim. Nazim mənə kömək etdi, dedi ki, bu işin üstünü örtərəm. Dedi ki, bir dayı kimi bu işin üstünü örtəcəm”.

Verilişdən sonra cinayət törətdiyini etiraf edən qadın saxlanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]