Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək

Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsini özündə əks etdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim edilib.

Aktualtv.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, qanun layihəsi fevralın 3-də TBMM-in Xarici Əlaqələr Komissiyasında müzakirə ediləcək.

Qeyd edək ki, fevralın 1-i “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi Azərbaycan parlamentinin keçirilən iclasında müzakirə edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]