Böyük Dəbilqədə 6 cüdoçumüz mübarizə APARACAQ

Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Federasiyadan “Aktualtv.az”-a verilən məlumata görə, yarışda ölkəni Mövlud Mirəliyevin rəhbərlik etdiyi kişilərdən ibarət milli komanda təmsil edəcək.

Medallar uğrunda Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, 54 ölkədən 308 idmançının qatılacağı Böyük Dəbilqə 5-6 fevralda təşkil olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]