TƏBİB və İcbari Tibbi Sığorta ləğv olunsun – Deputatdan təklif

“Çox təəssüf edirəm. Bu səhiyyə sisteminin çöküşüdür. Nə qədər insana kömək etməyə çalışıram və daha üzüm də yoxdur ki, xahiş edəm”.

Bunu deputat Razi Nurullayev deyib. Deputat TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ləğv olunmasını təklif edib:

“Niyə xahiş etməliyik? Onun üçün də növbəti dəfə tələb qoyacam və bütün xalqdan kömək istəyəcəm ki, ölkədə bir səhiyyə qurumu saxlayaq. Bu da Səhiyyə Nazirliyi olsun. TƏBİB isə ləğv edilməlidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün avtonom fəaliyyəti ləğv edilməli və Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməlidir. Bu barədə Milli Məclisdə məsələ qaldırmaqla yanaşı, həm də nail olmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycan vətəndaşları TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə cəhənnəm əzabı yaşayılar. Bu vəziyyət ölkə vətəndaşlarını narazı salıb. Hər bir ailə bundan narazıdır. Tədbir görülməsə fəsadları çox ağır olacaq”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]