“Narkomaniya və onun yaratdığı fəsadlar” mövzusunda gənclərlə görüş keçirilib.
Aktualtv.az xəbər verir ki, tədbirdə gənclər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, narkotik maddələrin qəbulu və narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün ciddi təhlükədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki, mənəvi və psixoloji cəhətdən məhv olur. Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların da çoxunu gənclər təşkil edir. Narkomaniyanın mənəvi təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olur.
Çıxış edənlər bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildiriblər.
Sonda görüşdə olan gəncləri maraqlandıran suallar cavablandırılıb.










