Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən DANIŞDI

“Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edib. Bundan başqa, Böyük Britaniyanın Baş naziri Boris Conson da Kiyevdə səfərdə olub. Biz bu səfərləri, müzakirələri bir daha nəzərdən keçirib, addım atmaq istəyirik”.

“Unikal” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib.

“Qardaşım İlham Əliyevlə onun Ukraynaya səfərindən sonra bəzi müzakirələrimiz oldu. Əsas məsələ odur ki yubanmadan bu problemin həlli istiqamətində əlimizdən gələni edək. Ukraynada apardığımız müzakirələrin və imzaladığımız razılaşmaların xeyirli olmasını arzulayırıq. Qərb təəssüf ki, indiyədək bu məsələnin həllinə töhfə verməyib. Əksinə, mane oldular. Bu mövzu ilə bağlı cənab Vladimir Putinlə olan müzakirəyə böyük əhəmiyyət verirəm”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]