Bu gün Putin və Makron Moskvada görüşəcəklər

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək və çərşənbə axşamı Kiyevə gedəcək.

Bu barədə Aktualtv.az “RİA Novosti”yə istinadən xəbər verir.

Fransa liderinin sözlərinə görə, onun Rusiyaya səfərinin məqsədi Ukrayna ətrafında vəziyyətin gərginləşməsi və pisləşməsinin qarşısını almaqdır. Kremldə isə qeyd edilib ki, Rusiya və Fransa prezidentləri danışıqlarda ilk növbədə təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.

Makron son həftələr telefon danışıqları zamanı Rusiya Prezidenti və ukraynalı həmkarı Volodimir Zelenski ilə dəfələrlə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. Ötən həftənin sonunda təkbətək görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Putin və Makron arasında görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılıb.

“Journal du dimanche” qəzetinin məlumatına görə, Moskvada danışıqlar bazar ertəsi günorta və axşama planlaşdırılıb, lakin heç bir vaxt məhdudiyyəti qoyulmayıb. Qəzet yazıb ki, iki ölkənin liderləri təkbətək görüşəcək, danışıqlarda yalnız tərcüməçilər və görüşün protokolunu aparanlar iştirak edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]