“Qapanmalarla bağlı hökumət qərar verə bilər” – Hande Harmancı

“Dünyada olduğu kimi Azərbaycanda da “Omikron”la bağlı yoluxma sayında yüksək artım görünür”.

Aktualtv.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Omikron”a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: “Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər”.

O qeyd edib ki, ÜST və UNICEF məktəblərin açıq qalmasının tərəfdarıdır: “Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]