Türkiyə Prezidenti özünü yaxşı hiss edir – Əminə Ərdoğan

Koronavirusun “omikron” ştammına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəziyyəti yaxşıdır və məsafədən işləməyə davam edir.

Bunu özünün “Twitter” səhifəsində R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan yazıb.

“COVID-19 üzrə testlərimizin cavabı müsbət çıxdıqdan sonra Tayyib bəy və mən evdə dincəlməyə və uzaqdan işləməyə davam edirik. Allaha şükür vəziyyətimiz yaxşıdır”, – deyə Əminə Ərdoğan yazıb.

Xatırladaq ki, fevralın 5-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi “Twitter” hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştammına yoluxduğunu bildirmişdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]