57 yaşlı CHP-li deputatın nikahı müzakirələrə səbəb oldu – Fotolar

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) İstanbullu millət vəkili Gürsel Tekin xəbər aparıcısı Mehtap Özkanla ailə həyatı qurub.

Aktualtv.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün nikah mərasimi Çırağan Sarayında baş tutub. 57 yaşlı Gürsel Tekin məhz bu səbəbdən çoxsaylı tənqidlərə məruz qalıb.

Bununla yanaşı, 32 yaşlı Mehtap Özkanla Gürsel Tekin arasında 25 yaş fərqin olması da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bu tənqidlərdən sonra Gürsel Tekin öz rəsmi tviter hesabından məsələ ilə bağlı açıqlama verərək bunları söyləyib: “Toy etmədik, sadə bir nikah mərasimi təşkil etdik. 8 nəfər ailə üzvümüz və biz ikimiz”.

Həmçinin sərvəti ilə bağlı tənqid olunan Tekin sərvət düşməni olmadığını, lakin sərvətinin də olmadığını bildirib.

Qeyd edək ki, Gürsel Tekin ötən il ikinci həyat yoldaşı Nihan Tekindən ayrılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]