Peskov Rusiyada avtoritar rejimin olması ilə bağlı iddiaya cavab verdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrellin Rusiyada avtoritar rejimin olması ilə bağlı açıqlamasını təkzib edib.

Bu barədə o, “Interfaks”a danışıb.

“Biz, ilk növbədə, avtoritar rejimlər barədə bəhs edilən qiymətləndirmə ilə tamamilə razı deyilik”, – o söyləyib.

Sözçü deyib ki, Rusiyada özünəməxsus siyasi sistem və özünəməxsus dövlət quruluşu sistemi formalaşıb. Kremlin nümayəndəsi əmindir ki, Avropa İttifaqının Rusiya ilə bağlı bu cür qiymətləndirmə verməyə haqqı yoxdur.

D.Peskov bildirib ki, Rusiya başqa ölkələrin daxili işlərinə qarışmır və eyni rəftarı digərlərindən tələb edir.

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiya və Çinin demokratiyaya müqavimət göstərə biləcək avtoritar dövlətlər ittifaqı yarada biləcəyini vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]