Vətən Müharibəsi iştirakçısı icra hakimiyyətinin qarşısında özünü yandırıb

Goranboyda Vətən Müharibəsi iştirakçısı özünü yandırıb.

Aktualtv.az xəbər verir ki, “Unikal”-ın məlumatına görə, hadisə Goranboy Rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. 1996-ci il təvəllüdlü Sərdar Həsənov icra hakimiyyətinin qarşısında üzərinə benzin tökərək yandırıb. Dərhal S.Həsənov xəstəxanaya yerləşdirilib. Ona bədənin 2-3 dərəcəli yanğın diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Sərdar Həsənov icra hakimiyyətinə bir neçə dəfə gəlib, onun şikayətinə baxmayıblar. Bu səbəbdən də özünü yandırıb.
Qeyd edək ki S.Həsənov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]