Vəzifəli şəxs işdən çıxarıldı – YENİ TƏYİNAT

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-yə yeni direktor təyin olunub.

Aktualtv.az xəbər verir ki, bu, Eldar Vəliyevdir. O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.

Xatırladaq ki, “Elektron Hesablayıcı Maşınları Zavodu” SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]