Malıbəyli və Quşçular qətliamından 30 il ötür

Qətliamın törədilməsindən 30 il ötür

Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür.

Qətliamın törədilməsindən 30 il ötür.

1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.

Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə – yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı.

Qarabağ müharibəsi başlanan vaxtdan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Fevralın 5-də kəndlərin üzərində uçan helikopter sakinlərə yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylayıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün olub. Şuşaya uçan axırıncı helikopter yanvarın 28-də ermənilər tərəfindən vurulub.

Fevralın 10-u gecə yarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Bütün evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub. Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]