Şuşada “ASAN xidmət” mərkəzi açılacaq

“Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri olacaq. İlk olaraq mərkəz Şuşada açılacaq”.

Aktualtv.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentlik sədri bildirib ki, artıq Şuşada layihə təsdiq olunub:

“Orada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Təbii ki, zəruri şərait yaradıldıqdan sonra işğaldan azad edilən digər ərazilərdə də “ASAN xidmət” mərkəzləri qurulacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]