“Düz iş görmədim, sənətimə xəyanət etdim” – Vəfa Zeynalova

Əməkdar artist Vəfa Zeynalova “Səhər mərkəzi” proqramına  qonaq

Aktualtv.az  xəbər verir ki, o,  proqram boyunca maraqlı açıqlamalar verib.  Belə ki, aktrisa efirə çıxmamasının səbəbini açıqlayıb. 

“Son vaxtlar işsizlikdir. Deyirəm nədən danışım? Nə edəcəm, yeni işim yoxdur, təqdim edə bilmirəm. Rejossordan yeni təklif gözləyirik. Mənə uyğun təklif olarsa, vicdanla oradayam. Tamaşaçını aldatmaq olmaz. O qədər düzgün çatdırmalıyam ki… Özüm razı qalmayanda həmin gecə yata bilmirəm. Düşünürəm ki, düz iş görmədim, sənətimə xəyanət etdim. Ssenari, ətrafdakı qrup və tərəf müqabili qane etsə, peşəkar iş gözləyirəm, çox gözləyirəm. Ürəyim istəyən işin içində olmadığıma görə düzgün kollektivdə işləmək istəyirəm”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]