“Yurdun İgidləri” sənədli filminin çəkilməsi layihəsinin icrasi ilə bağlı

“İsmayıllı Yazarları” ədəbi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2 fevral – 2 may 2022-ci il tarixlərində, yəni 3 ay ərzində “Yurdun İgidləri” sənədli filminin çəkilməsi” layihəsini həyata keçirəcək. Azərbaycan Respublikasının İsmayıllı rayonunda reallaşdırılan layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın həyatı və döyüş yollarını nümunə göstərərək Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslimizdə vətənpərvərlik hisslərinin daha artmasına, Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmlənməsinə, nəhayət, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsinə nail olmaqdır. Bu məqsədə nail olmaq üçün ilkin mərhələdə artıq aidiyyəti dövlət qurumlarına məktublar yazılıb, çəkilişlərin aparılması üçün icazələr alınıb, çəkiliş heyəti formalaşdırılıb, müsahiblər müəyyənləşdirilib və İsmayıllı rayonunda müsahibələr alınıb. Bundan başqa sənədli filmin kadrlarla zəngin olması məqsədilə zəruri arxiv materialları götürülüb. Hazırda sənədli filmin ssenarisinin yazılması mərhələsi icra olunur. Bundan sonra ssenarinin mətni redaktora veriləcək. Redaktor lazımi düzəlişləri etdikdən sonra ssenarinin mətninin oxunuşu həyata keçiriləcək. Filmin montajı zamanı çəkiliş qrupunun çəkdiyi videomateriallardan, şəhidlərin ailəsindən götürülən və digər arxiv materiallardan istifadə ediləcək. “Yurdun İgidləri” sənədli filmi hazır olduqdan sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə ilkin baxışa təqdim olunacaq və filmin ictimaiyyətə təqdim olunmasına icazə verən rəy alınacaq. Rəy alındıqdan sonra filmin təqdimat mərasimi şəhid Famil Əhmədzadənin müəllim işlədiyi E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə Şagird və müəllimlərin, həmçinin rayon rəhbərliyinin və ziyalılarının, KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək. Sonuncu mərhələdə layihənin icra olunması ilə bağlı yekun təsviri və maliyyə hesabatları, həmçinin digər zəruri sənədlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim olunacaq.

Bu layihənin icrasından gözlənilən ən başlıca nəticə, şübhəsiz ki, ondan ibarətdir ki, “Yurdun igidləri” sənədli filmi gənc nəslin nümayəndələrində milli şüur və milli məfkurənin formalaşmasında xüsusi rol oynayacaq, onlarda vətənə, xalqa və dövlətə sədaqəti və məhəbbəti daha da gücləndirəcək. Orada həmçinin 30 ilə yaxın davam edən işğal zamanı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında da məlumatlar veriləcək ki, bu məlumatların gənclərimiz tərəfindən mənimsənilməsi mütləqdir. Bu layihənin icrasının əsas nəticələrindən biri də məhz budur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]