İstanbulda dəhşətli hadisə – 4 NƏFƏR ÖLDÜ

Fevralın 11-də İstanbulda yerləşən bir sexdə baş verən yanğın zamanı dörd işçinin qatı dumandan zəhərlənərək öldüyü aşkar olunub.

Aktualtv.az xəbər verir ki, bu barədə İstanbul Valiliyindən açıqlama verilib. Bildirilib ki, hadisə şəhərin Güngören rayonunda meydana gəlib.

Ölən işçilərin xarici ölkə vətəndaşları olduğu bildirilir. Onların cəsədləri yanğından qorunmaq üçün saxlandıqları yerdə aşkarlanıb.

Qeyd edək ki, yanğın baş verən binada tekstil materialları istehsal edilirdi. Hadisə zamanı müxtəlif xəsarətlər alan daha altı işçi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]