Deputat Ramiz Mehdiyevin YAP-dan uzaqlaşdırılmasını istədi

“Bəziləri deyir ki, vaxtilə Ramiz Mehdiyevin yanında olanlar indi onun əleyhinə danışır. Ramiz Mehdiyevin ayrı siyasi partiyası olmayıb ki!”

Aktualtv.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Mehdiyev haqda fikrini bildirərkən deyib.

“Zamanında ona edilən diqqət də məhz cənab Prezidentin Aparatının rəhbəri olduğu üçün olub. İndi isə səhv ardına səhv edir. Bu səhvi isə sıradan bir insan yox, uzun müddət PA rəhbəri işləmiş şəxs edir. Özünün də qeyd etdiyi kimi, insan təbiəti naqisdir!

YAP İdarə Heyətinin üzvü kimi hesab edirəm ki, onun sonuncu cavabından sonra onu YAP sıralarından da uzaqlaşdırmaq olar. Keçmiş xidmət və fəaliyyət heç kimi məsuliyyətdən azad etmir”, -deyə K. Cəfərov qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]