“Mən fəxr edirəm ki, Azərbaycanlıyam festivalı” keçiriləcək

Vətənpərvər Maarifçi Gənclər ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Mən fəxr edirəm ki, Azərbaycanlıyam festivalının keçirilməsi” layihəsini 3 aya icra edəcək. Azərbaycanda xarici ölkə vətəndaşları və qaçqın statusu almış əcnəbi şəxslərin, miqrantların yerli şəraitə inteqrasiyası və davamlı həll yolu kimi qaçqınların məskunlaşdıqları ölkənin təbəəliyinə keçməsi məsələlərinin öyrənilməsi, həmçinin ana dilimizin gözəlliyini, tariximizi, mədəniyyətini tanıtmaq məqsədilə silsilə şəkildə Bakı şəhərində tədbirlərin keçirilməsidir. Belə ki, tədbir festival formasında keçiriləcəkdir. Müsabiqənin nəticələrinə yekun vurularaq qaliblərə mükafatlar təqdim ediləcəkdir. Burada məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir. Müsabiqə sonrasında, layihəmizin davamlılığını artımaq məqsədilə, Azərbaycanın müxtəlif regionlarına turlar təşkil ediləcəkdir.Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də ölkəmizin mədəniyyəti, adət-ənənələri tanış olacaq, eyni zamanda, Şamaxı,İsmayıllı, Qəbələ bölgələrini səyahət edəcəklər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]