Azərbaycanda tanınmış aktrisa dünyasını dəyişib – FOTO

Füzuli Dövlət Dram Teatrının qocaman aktrisası Məryəm Məmmədova vəfat edib.

Aktualtv.az  xəbər verir ki, aktrisa uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Məmmədova Məryəm Eyvaz qızı 1949-cu il iyulun 01-də Füzuli rayonunda anadan olub. İşlədiyi müddətdə Anar “Təhminə və Zaur”da Təhminə, C.Cabbarlı “Almaz”da Xanımnaz, Ə.Haqverdiyev “Dağılan tifaq”da Nazlı, M.Qacar “Qabanın səfəri”ndə Toyuq, A.Məmmədov “Həmyerlilər”də Xanım, C.Məmmədov “Sevməyə vətən yaxşı”da Nurcahan nənə, A.Səfərli “Qarabağım qan ağlar”da Sona və s. digər obrazları yaradıb.

Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2019-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Füzuli Dövlət Dram Teatrının kollektivi mərhumun ölümündən kədərləndiyini bildirib və ailəsinə səbr diləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]