Azərbaycanda 17 mindən çox ailə boşanıb

Ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.

Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]