Putinin Braziliya prezidenti ilə görüşü diqqət çəkdi (FOTO)

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüşdüyü masa dünya mətbuatında gündəm mövzusuna çevrilmişdi. 

Aktualtv.az xəbər verir ki, Putinin bu üsulla iki liderə mesaj verdiyi bildirilib. Digər  tərəfdən bu gün Braziliya prezidenti Jair Bolsonaronu qəbul edən Putinin görüşü də diqqət çəkib. 

Belə ki, Putin Bolsonaronu qəbul etdiyi görüşdə digər liderlərə tətbiq etdiyi koronavirus tədbirlərini tətbiq etməyib. Bolsonaro ilə yan-yana oturan Putinin görüş zamanı səmimi rəftarı da diqqət çəkib.

Bolsonaro ilə görüşünün faydalı olacağına ümid etdiyini vurğulayan Putin  “Cənab prezident, sizi görməyə çox şadam və ümid edirəm ki, görüş faydalı olacaq, çünki Braziliya bizim liderimizdir. Latın Amerikasında ticarət və iqtisadi tərəfdaşdır”, –  deyə  ifadə  edib. 

Braziliya prezidenti Jair Bolsonaronu da “Əminəm ki, mənim Moskvaya səfərim bütün dünyaya ikitərəfli münasibətlərimizin yaxşı gələcəyinə işarədir”, – deyə bildirib.

 Gülayə  Mecid

Putinin Braziliya prezidenti ilə görüşüdiqqət çəkdi (FOTO)
Putinin Braziliya prezidenti ilə görüşüdiqqət çəkdi (FOTO)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]