“16 fevral diqqəti yayındırmaq üçün idi, hücum 20-si olacaq” – Məşhur nəşr

“Rusiya hərbçiləri Ukraynaya fevralın 20-si hücum edə bilər”.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı Amerikanın “Politico” qəzeti yayıb.

Nəşr yazır ki, Rusiyanın Ukraynaya hücum edəcəyi digər tarix, yəni 16 fevral diqqəti əsas tarixdən yayındırmaq üçün deyilib.

Bildirilir ki, diqqətdə saxlanılması lazım olan dövr fevralın 20-dən sonra baş verəcək hadisələrdir. Belə ki, 16 fevralla bağlı narahatlıq diqqəti əsas tarixlərdən yayındırıb.

Ekspertlərin fikrincə, fevralın 20-si Belarusda Rusiya ilə birgə keçirilən hərbi təlimlər yekunlaşacaq və Moskvanın bundan sonrakı fəaliyyəti onun əsl motivlərini anlamağa imkan verəcək. Bundan əlavə, məhz fevralın 20-si Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı başa çatacaq.

Qeyd edək ki, “Politico” nəşri daha əvvəl Rusiyanın fevralın 16-sı Ukraynaya hücum edəcəyini yazmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]