Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən 2021 –ci il qrant müsabiqəsinin qaliblərindən olan Milli Mədəniyyətin Təbliğinictimai birliyi fəaliyyətinə start verdi.
Aktualtv.az xəbər verir ki Layihə “Azərbaycanın və Türkiyənin ortaq dəyəri dünya şöhrətli rəssam İbrahim Safinin Avropadakı həyat və fəaliyyətinin tətqiqi” adlanır. Bu gün ilk dəyirmi masa jurnalistləri və qonaqları maraqlandıran suallara cavab vermək üçün düzənlənmişdi. Öncə tədbiri giriş sözüylə açıb qonaqları salamlayan layihə rəhbəri Jalə Cəfərova nəzərdə tutulan tədbirlər barədə məlumat verdi: Layihəmizin icra müddəti 01.fevral 2022 -ci il tarixindən, 01 iyun 2022- ci il tarixinə qədər davam edəcək. Layihənin əhatə dairəsi Bakı, İstanbul, Yunanıstan və Paris şəhərləridir.

Layihəmizin məqsədi Azərbaycanın rəssamlıq məktəbinə töhvə vermək məqsədi ilə dünya şöhrətli rəssam İbrahim Safinin Avropa yaradıcılığının tətqiqi və təbliğidir. Bir il öncə İbrahim Safinin həyat və yaradıcılığına həsr olunmuş “Rəngləri danışdıran adam” adlı tətqiqat xarakterli kitabının davamı olaraq burda sırf Avropada yaşayıb yaratdığı əsərlərinin axtarışı,onu tanıyan insanlardan (rəssam,kolleksioner,ən müxtəlif peşə sahibləri) müsahibələr almaq. Bütün bu görüləcək işlər artıq İbrahim Safi yaradıcılığının mühüm əhəmiyyət kəsb erdən məqamları ortaya qoyacaq. Bu zamana qədər İbrahim Safinin yaşadığı müddətdə yüzə qədər fərdi sərgisi keçirilsə də, arxivlərdən bəzi sənədlər əldə edilsə də bütün bu işlər axıra qədər öyrənilməyib və lazımı səviyyədə təbliğ olunmayıb.

Xalqımız İbrahim Safini öyrənib ,tanıdıb,təbliğ etməklə multikultural dəyərlərə nə qədər əhəmiyyət verdiyini bir daha göstərəcək. Azərbaycanın mənəvi dəyərlər xəzinəsinə, ensklopediyamıza İbrahim Safi kimi dünyaşöhrətli rəssam artıq “Qafqazlardan gələn rəssam “kimi deyil Azərbaycan rəssamı kimi daxil olacaq”.

Dəyirmi masada media nümayəndələrindən Rüfət Muradlı, Fərqanə Muradova, gənc tələbə jurnalist Ələsgər İsmayılov, Azad Müəllimlər İctimai Birliyinin rəhbəri Pərvanə Talıbova, həkim Aytən Felmarızı, iqtisadçı Cəmil Hüseynov və elm, mədəniyyət xadimləri iştirak etdi.

Tədbirdə bir il öncə Jalə Cəfərovanın “Rəngləri danışdıran adam” kitabı əsasında çəkilən eyni adlı sənədli filmin qısa variantı nümayiş olundu. (ssenari müəllifi və rejissoru Etibar Məmmədov) Daha sonra müxtəlif səpgili, bir-birindən maraqlı sualları və ünvanlanmış təşəkkürlərə layihə rəhbəri cavablandıraraq təşkilatı adından minnətdarlığını bildirdi və qonaqlarla birgə xatirə şəkli çəkdirdi.










