Yolu bağlayan TIR sürücüləri bu gün hakim qarşısına çıxarılacaq

Dünən Bakıda yolu bağlayan TIR sürücüləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndəriləcək və onların əməlinə hüquqi qiymət veriləcək.

Aktualtv.az xəbər verir ki bu barədə Lent.az məlumat əldə edib.

Qeyd edək ki, “R-GROUP” şirkətinin sürücüləri ağır tonnajlı yük maşınları ilə Heydər Əliyev prospektində yolu bağlamışdılar.

Sürücülər Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]