“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” – Bayden

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etmək qərarına gəlib”.

Aktualtv.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

O, Ağ Evdə jurnalistin “Prezident Putin Ukraynaya hücum etmək niyyətindədirmi” sualına “hə” deyərək cavab verib.

“Rusiya qüvvələri hazırda Ukraynanı mühasirəyə alıb. Hesab etməyə əsasımız var ki, Rusiya qüvvələri gələn həftə, qarşıdakı günlərdə Ukraynaya hücum etməyi planlaşdırırlar və niyyətindədirlər. Biz hesab edirik ki, onlar hədəf olaraq Ukraynanın paytaxtı – 2,8 milyon günahsız insanın yaşadığı Kiyev şəhərini seçəcəklər”, – deyə Bayden əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]