“Müasir Azərbaycan Qadını” ictimai birliyi “Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihə həyata keçirəcək

HT-lərə Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə “Müasir Azərbaycan Qadını” ictimayi birliyinin 01 fevral-30 aprel 2022-ci il tarixə qədər “Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihəsi İsmayıllı, Masallı və Cəlilabad rayolarında həyata keçiriləcəkdir. Hər rayonda 40 iştirakçı olmaqla ümumilikdə 120 nəfər layihəyə cəlb ediləcəkdir.

Layihənin əsas məqsədi uşaq və gənclər arasında məişət zorakılığının azaldılması məqsədilə məlumatlandırma kompaniyasının aparılmasıdır.

Layihə icra olunduğu müddətdə uşaq və gənclər arasında məişət zorakılığının səbəbləri araşdırılacaq, məişət zorakılığının mahiyyəti, doğurduğu neqativ nəticələr

və onlara qarşı mübarizə tədbirləri haqda məlumat yayılacaq, uşaqların və gənclərin problemlərinə hökumət və cəmiyyətin diqqətinin artırılması və onların səylərinin bu problemlərin həllinə səfərbər edilməsini təmin edəcək və eləcə də ictimaiyyətin diqqəti problemə yönəldiləcəkdir.

Layihənin bu bölgələrdə həyata keçirilməsində məqsədi müəyyən edilmiş rayonların mətbuatda gedən məlumatlara və mövcud statistikaya görə zorakılıq hallarının tez-tez baş verdiyi rayonlardır.

Layihənin icrasından təlimlərdə iştirak edən 3 rayon hər birindən 40 nəfər olmaqla cəmi 120 uşaq və gənclər, müəllimlər, valideynlər birbaşa faydalanacaqdır. Aparılmış analiz və təhlillər valideynlərə, pedaqoqlara və dövət qurumlarının əməkdaşlarına uşaq və gənclərlə işi düzgün qurmağa kömək edəcəkdir.

Layihənin əsas nəticəsi zorakılığa məruz qalmış uşaqlara təxirəsalınmaz köməyi göstərə biləcək professional işçi heyəti ilə birlikdə təlimlər keçiriləcək, zorakılığa məruz qalmış uşaq və gənclərlə bağlı qanunvericilikdə lazımi dəyişikliklərin və əlavələrin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına təklif və tövsiyyələr hazırlanaraq göndəriləcək, uşaqlarla işləyən müxtəlif dövlət qurumlarının əməkdaşları və QHT nümayənələri üçün keçirilən təlim-seminarlar vasitəsilə onların uşaqlara qarşı zorakılığa dair (onun növləri, önləndirilmə yolları, rastlaşdığı halda ilkin tədbirlər) məlumatlılıq səviyyəsinin artırılması və ictimaiyyətin bu məsələyə diqqətinin cəlb olunmasıdır.

“Müasir Azərbaycan Qadını” ictimai birliyi “Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihə həyata keçirəcək

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]