Ukraynada nə qədər azərbaycanlı yaşayır? – ÖZƏL

“Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının dəqiq sayı tam bəlli deyil. Lakin Dnepr şəhərində 30 min, Dnepropetrovsk vilayəti üzrə isə 70 minə yaxın soydaşımızın yaşadığı bildirilir”.
 
Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən Aktualtv.az-ın sorğusuna cavab olaraq bildirilib:
 
“Ukraynada on min, hətta yüz minlərlə azərbaycanlı yaşayır. Səfirliyə gündəlik əsasda təxminən 40-50 nəfər vətəndaş müraciət edir. Ötən ay ərzində 500-550, bu ay 300 vətəndaş müaraciəti qeydə alınıb. Vətəndaşlar əsasən yeni pasport almaq, pasportlarının müddəti bitdiyi və ya itirdikləri üçün onlara Azərbaycana qayıdış şəhadətnaməsi verilməsi, müxtəlif məzmunlu arayışlar (məhkumluq, qeydiyyat barədə arayış) almaq üçün səfirliyə müraciət edirlər.
 
Bundan başqa hüquq və mənafelərinin müdafiəsi məqsədilə müraciət edən vətəndaşlar olmuşdur ki, həmin vətəndaşlara səfirliyin səlahiyyətləri daxilində lazımi hüquqi yardım göstərilib”, – deyə səfirlikdən verilən məlumatda qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]