“Biz deyəndə ki, azərbaycanlılar İrəvana girəcək…” – Ermənistanda etiraz

İrəvanda Avronest Parlament Assambleyasının komissiyalarının iclasları davam edir. 

Aktualtv.az  xəbər verir ki, artıq 2 gündür ki, ermənilər azərbaycanlı deputatların İrəvana getməsinə etiraz edir. 

Assambleyanın keçirildiyi kompleks qarşısında Azərbaycan nümayəndə heyəti əleyhinə növbəti etiraz aksiyası keşirilir.  

Aksiya iştirakçıları “Türksüz Ermənistan, Nikol Ermənistansız” şüarları səsləndiriblər.

Əraziyə xeyli polis qüvvələri gəlib, polislə etirazçılar arasında gərgin vəziyyət yaranıb, etirazçılar polisə qarşı çıxmağa və hərbçiləri onlara qoşulmağa çağırıblar.

Etirazçı kütlə bildirib ki, Azərbaycan ordusu erməniləri Şuşada qırıb: “Onlar bizimkiləri Şuşada qırıb, indi də gəlib onları bizdən qoruyursan, ayıbdır, ayıb. Bura sizin vətəninizdir, nəvələrinizin vətənidir. Dərhal xalqın yanında olun, bir daha deyirəm, ayıbdır.

Biz deyəndə ki, azərbaycanlılar İrəvana girəcəklər, siz buna inanmadınız. Nə baş verdiyini gördünüzmü?”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]