Saleh Məmmədovdan 1 ailənin öldüyü qəza ilə bağlı AÇIQLAMA

“Quba yolunda bir neçə gün əvvəl baş vermiş faciə özümə də çox pis təsir edib”.

Addim.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Amma mətbuat işçiləri gündəlik avtomobil yollarında olan faciələrin sayını hesablasalar, görərlər ki, bu da onların biridir. Bunu ümumrespublika matəminə çevirməyi tövsiyə etmirəm”, – S. Məmmədov bildirib.

Onun sözlərinə görə, layihələndirməyə uyğun olaraq, o yolda sürətin tənzimlənməsi üçün yol nişanları və işarələri qoyulub: “Hər bir yoldan istifadə edən sürücü onlara riayət etsə, qəza olmaz. Ümumiyyətlə, həmin ərazidə yolda dalğavari heç nə yoxdur. O yolda üç zolaqdan iki zolağa keçməsi barədə nişan qoyulub”.

S.Məmmədov qeyd edib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır: “Quba yoluna hazırda yeni alternativ yol çəkilir və yol 2022-ci ilin sonuna qədər istifadəyə veriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]