Fevralın 22 də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə filologiya üzrə fəlsəfə doktoru, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Cəfərova Jalənin “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilib.

Hərni Lisey rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini ,şöbə rəisi polkovnik Müslüm Nəsirov qonaqları salamlayaraq Dövlət Himnimizi səsləndirməklə tədbiri açıq elan etdi. Hərbi Liseyin yaranma tarixindən keçdiyi şərəfli yolundan, Vətən Müharibəsində şəhid olan məzunlardan ətraflı məlumat verdi. Daha sonra cənab polkovnik uzun illər Jalə Cəfərovanın bu hərbi məktəblə sıx əlaqəsindən ,dəfələrlə keçirtdiyi təqdimatları xatırlatdı.Polkovnik Müslüm Nəsirov”Çox sevundirici haldır ki Jalə xanımın daim bir yazar olaraq şəhid mövzusu bizi çox sevindirir və bu gün də növbəti “Kiçik dünyanın böyük insanları” kitabının məhz bizim kursant və müəllim heyətiylə keçirılməsi çox sevindirici hal kimi dəyərlənməlidir. Həm ürək ağrısıyla həm də qürurla qeyd etmək istəyirəm ki Vətən Müharibəsində iki məzunumuz şəhid oldu. Onları unutmuruq və hər birinin keçdiyi şərəfli ,rəşadətli döyüş yolu indiki gənc kursantlara örnəkdir”

Liseyin Bədii qiraət dərnəyinin rəhbəri Gülsəda Aman və Dram dərnəyinin rəhbəri Aynurə Qulamovanın kursantlarla birgə hazırladıqları tamaşalar zalda hər kəsi duyğulandırdı. Söz müəllifə verildi. Jalə Cəfərova təqdimata gələn bütün qonaqları salamlayaraq nədən kitabın adını məhz “Kiçik dünyanın böyük insanları” adlandırdım mövzusunda fikirlərini paylaşıb.”Hər qapını çalıb ailələrlə ,igid oğullarımızın keçdiyi şərəfli yolları əzizlərindən eşitdikcə,illərlə unudulmayan əziz,kövrək xatirələri dinlədikcə dünya gözümdə belə igidlərin və valideynlərin qarşısında çox kiçik görsəndi…” Söz qonaqlara və şəhid valideylərə verildi. Demək olar ki bütün valideynlər ürək sözlərini dedilər. Təqdimatın sonunda kitabın redaktoru Qarabağ qazisi Rövşən Əhmədli öz adından və Milli Mədəniyyətin Təbliği ictimai birliyi adından təşəkkür edərək polkovnik Müslüm Nəsirov cənablarına, Gülsəda Aman, Aynura Qulamova xanıma, operator Emin Hüseynova həmçinin təqdimatda fəal iştirak edən 24 kursanta Fəxri Diplomlar təqdim etdi. Qonaqlar kursantlarla ,yaradıcı heyətlə xatirə şəkilləri çəkdirdilər.










