Azərbaycanlı deputatlara etiraz edən ermənilər SAXLANILDI – VİDEO

Ermənistanın Gənclər Birliyinin 20-yə yaxın üzvü azərbaycanlı deputatların İrəvana səfərinə etiraz edib. 

Aktualtv.az xəbər verir ki, etirazda  polislərlə  gənclər  arasında qarşıdurma yaranıb.  Bu zaman  20-yə yaxın erməni  polis tərəfindən saxlanılıb. 

Bu barədə vəkil Sergey Arutyunyan yerli KİV-lərdən birinə müsahibəsində bildirib. Arutyunyan onu da qeyd edib ki, saxlanılan gənclərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Onların hamısı susmaq hüququndan istifadə edərək ifadə verməkdən imtina ediblər.

Aksiya zamanı bir jurnalistində saxlanıldığı bildirilib. 

Qeyd edək ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]