“Putin bütün Ukraynanın işğalı üçün bəhanə gözləyir” – Kansler

Rusiya prezidenti Vladimir Putin bütün Ukraynanı işğal etmək üçün bəhanə axtara bilər.

Aktualtv.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Berlində çıxışı zamanı “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasının dayandırıldığını elan edərkən deyib. 

Onun ​​sözlərinə görə, Almaniya və digər ölkələr BMT Təhlükəsizlik Şurasında açıq şəkildə bəyan ediblər ki, Moskvanın Ukraynanın şərqindəki separatçı regionlarının müstəqilliyini dəstəkləmək qərarı “dünyada dəstək görməyib”.

Kansler əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyanın təxribatlarına tab gətirdiyinə görə dərin hörmətə layiqdir, çünki Rusiya prezidenti sadəcə olaraq bütün Ukraynanın mümkün işğalı üçün bəhanə əldə etməyi gözləyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]