“Rusiya qarşı sanksiyalar dünya bazarına zərbə vuracaq”

Rusiyanın ABŞ-dakı səfiri Qərbin sanksiyalarının dünya bazarlarına və amerikalıların rifahına təsir edəcəyini bildirib.

Aktualtv.az  xəbər verir ki, Rusiyanın “Ria Novosti” xəbər agentliyinə danışan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun sözlərinə  görə, Qərbin sanksiyaları dünya bazarlarına zərbə vuracaq və amerikalıların rifahına təsir edəcək, lakin Moskvanı xarici siyasətini dəyişməyə məcbur etməyəcək.

“Bizə qarşı tətbiq edilən sanksiyaların qlobal maliyyə və enerji bazarlarına zərər verəcəyi şübhəsizdir”, – deyə Anatoli Antonov bildirib.

Antonov həmçinin ABŞ sanksiyalardan təsirlənəcək və adi amerikalılar “bahalaşmanın bütün nəticələrini hiss edəcəklər” , – deyə xəbərdarlıq  edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]