Bu əməliyyatlar da pulsuz olacaq – AÇIQLAMA

İcbari tibbi sığorta üzrə xidmətlər zərfində 2500-dən artıq xidmət var idi. Orada daha çox ölümə səbəb olan, ən çox yayılmış xəstəliklər nəzərə alınmışdır.

Aktualtv.az-a məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, bir il işlədikdən sonra biz gördük ki, xidmətlər zərfində ürək əməliyyatları, ürək qapaqlarının dəyişdirilməsi nəzərdə tutulmamışdı.

“Onlar kifayət qədər böyük vəsait tələb edən əməliyyatlardır. Ona görə də biz onları da yeni xidmətlər zərfinə daxil etdik. Hazırda bu məsələ razılaşmadadır və bir neçə nazirlikdən keçdikdən sonra Nazirlər Kabineti onu təsdiqləyəcək, – deyə Z.Əliyev bildirib.

“Uşaqla bağlı hər hansı bir əməliyyat qalmışdısa, onları da zərfə salmışıq ki, vətəndaşların uşaqlarla bağlı hər hansı bir problemi olmasın. Endaprotezlə bağlı keçən il bizdə limit 300 ədəd idi, indi onu 1200-ə qaldırmışıq, ancaq təcili endoprotezlə bağlı limit yoxdur və nə qədər adamda təcili ehtiyac yaranarsa, bu, yerinə yetiriləcək”, – deyə Z.Əliyev əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]