Çempionlar Liqasının finalı Rusiyadan ALINDI

UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.

“The New York Times” nəşri xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.

Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru “Qazprom”un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, “Stad de Frans”da təşkil olunacaq.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]